Parikinin altında kokain keçirmək istədi, tutuldu


Digərləri 17 İyl 2019 23:24:00 243 0

Parikinin altında kokain keçirmək istədi, tutuldu

İspaniya Milli Polisi Barselona hava limanında parikinin altında 0,5 kiloqram kokain keçirmək istəyən 65 yaşlı Kolumbiya vətəndaşını saxlayıb. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi Tvitter hesabında məlumat verib.

Belə ki, narkotik maddəni parikin içində gizlədən kişi böyük papaq geyinib. Sərnişinin qəribə zahiri görünüşü və pasport yoxlanışı zamanı özünü əsəbi aparması polisin diqqətini çəkib. Yoxlama zamanı kişinin üzərindən 30 min avro dəyərində olan 503 qram kokain aşkar edilərək götürülüb.