Kürəyin arxasından tutan ağrıların 7 səbəbi Ürəkdir, yoxsa?..


Digərləri 17 İyl 2019 23:30:00 236 0

Kürəyin arxasından tutan ağrıların 7 səbəbi  Ürəkdir, yoxsa?..

Kürəyin, xüsusən ürəyin arxa hissəsindən tutan ağrılar, bıçaq sancılmış kimi küt sancı hər 10 insandan 2-də rast gəlinir. İnsan bu ağrıların çox zaman ürəkdən, ciyərdən olduğunu düşünür. Çünki bu ağrılar zamanı nəfəs almaq sanki çətinləşir. Həmin yerə ağrıkəsici çəkmək, məlhəmlər etmək və ya dərman atmaqla, simtpomları ört -basdır etmək olmaz. Həkimlər bildirir ki, döş qəfəsi arxasındakı ağrılar uzun müddət davam edərsə, ciddi xəstəliklərdən xəbər verə bilər.

Son.az medicina.az-a istinadən kürəkdə başlayıb, yayındırıcı ağrıların səbəblərini təqdim edir.

1. Stenokardiya - ilk növbədə ürəkdən şübhələnmək lazımdır. Stenokardiya belə ağrılar verən birinci ürək xəstəliyidir. Ağrı tutmaları fiziki ağırlıq, çox gəzmək, həyəcandan başlayır. Ağrı güclü olur, kürəyə, sinəyə, qollara yayılır. Döş qəfəsinə təzyiqdən xəstə dərindən tam nəfəs ala bilmur. Ağrı nitroqliserin tableti qəbul etdikdən və ya 15 dəqiqə sakit uzandıqdan sonra keçir. 

2. Miokard infarktı - daha intensiv ağrılardır, uzanmaq, dinclik, preparat qəbulu zamanı keçmir. 

3. Ürək əzələsinin zədələnməsi - dözümlü dərəcədə, davamlı ağrı sindromu verir. Sutkanın istənilən saatı, deşici, kəsici, yandırıcı, sıxıcı kimi ağrı verir. 

Bu ağrılarda əlamət verən geniş yayılmış ürək xəstəliləri endokardit, miokardit, perikarditdir.

Ağrı ilə yanaşı ürək ritminin pozulması, bədən hərarətinin dəyişməsi, təngnəfəslil, boğulma, başgicəllənmə, hava çatışmazlığı ilə yanaşı gedir. 

4. Tənəffüs orqanları patologiyaları

Əgər döş qəfəsi öndən və arxadan düz mərkəzdən ağrıyırsa, bu ağciyərlərdə problemdən ola bilər. Bakterial və viruslar selikli qişanın iltihabına səbəb olur, bu da sinir uclarını qıcıqlandırır. Bu ağrılar zamanı boğazda quruluq, qıcıqlanma, öskürək də olur. Bronxitdə də ağrı düz mərkəzdə olur və öskürək, hərəkət zamanı artır. Eləcə də bu kimi ağrılar astma, XOBL və qida borusu xəstəliklərində olur.

5.Həzm orqanları xəstəlikləri