Çempionlar Liqası: "Qarabağ" növbəti təsnifat mərhələsinə yüksəlib


Digərləri 17 İyl 2019 22:52:54 240 0

Çempionlar Liqası: "Qarabağ" növbəti təsnifat mərhələsinə yüksəlib

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir

Bakı. Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir. Trend-in məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib. Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər.