Evdə ağrıkəsici maz hazırla Əzələoynaq ağrıları üçün


Digərləri 17 İyl 2019 22:30:00 394 0

Evdə ağrıkəsici maz hazırla  Əzələoynaq ağrıları üçün

Gündəlik rast gəlinən ağrıların böyük hissəsi əzələ ağrılarıdır. Bu ağrılar əleyhinə müxtəlif mazlar, kremlər var.

Son.az medicina.az-a istinadən gündəlik həyatınızda sizə çox lazım olacaq möcüzə bir mazın reseptini təqdim edir. Aptekə getməyə gərək yoxdur, bütün ailə üçün bu mazı hazırlaya bilərsiz.

Tərkibi:

Kokos yağı - 50 qr Dəfnə yarpağı - 10 ədəd 2 yemək qaşığı bal 9 damcı nanə arağı 5 damla qərənfil yağı

Əgər əlinizdə bu yağlardan yoxsa, darçın yağı və ya çobanyastığı  yağından da istifadə edə bilərsiz.

Hazırlanma qaydası.

Hindisdan qozu (kokos) yağını kasaya qoyun, üzərinə 10-12 ədəd dəfnə yarpağı, balı  əlavə edin,  mikrodalgalı sobada  1 dəqiqə boyunca yağla qarışsın. 9 damla nanə arağını, 5 damla qərənfil yağını əlavə edin. Taxda qaşıq vasitəsilə qarışdırın. Daha sonra qarışımı təmiz bir qaba yerləşdirin. Otaq tempuraturunda bir müddət saxlayın.