Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb


Digərləri 17 İyl 2019 22:00:00 239 0

Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb

Ötən ilin sonuna qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Bakı. Samir Əli - Ötən ilin sonuna qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayın yekunlarına dair hesabatında bildirilir. Məlumata görə, qeydiyyata alınanlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.