Bakıda pedofil futbol məşqçisi saxlanıldı


Kriminal 17 İyl 2019 21:54:00 278 0

Bakıda pedofil futbol məşqçisi saxlanıldı

Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.