Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! Ziyanları


Digərləri 17 İyl 2019 21:25:00 253 0

Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin!  Ziyanları

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmir.

Belə ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1-1,5 saat saat sonra yeməyi tövsiyə edirlər.

Həmçinin nəzərə almaq lazımdır ki, yemiş və qarpızı acqarına da yemək olmaz.