Bakıda 43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular


Digərləri 17 İyl 2019 21:30:00 214 0

Bakıda 43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular

Bakıda borc üstündə bıçaqlanma olub

Bakı. Samir Əli - Bakıda pul borcu üstündə bıçaqlanma olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib. Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.