İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı


Digərləri 17 İyl 2019 21:00:00 189 0

İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib. Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib. F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib. Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.