Rusiyalı generaldan "Stratfor"a cavab: "S400" istənilən şəraitdə döyüş apara bilər


Dünya 17 İyl 2019 20:59:00 257 0

Rusiyalı generaldan "Stratfor"a cavab: "S400" istənilən şəraitdə döyüş apara bilər

Rusiya hərbi hava qüvvələrinin keçmiş generalı Vladimir Mixaylov Amerikanın "Stratfor" mərkəzinin "S-400 Triumf" zenit-raket komplekslərinin "zəif yer"lərinə" dair iddialarını şərh edib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "Stratfor" dərc etdiyi tədqiqatda "S-400" sisteminin dünyada ən effektiv kompleks olduğunu etiraf edir, lakin onun bir sıra "zəif yer"inin olduğu bildirilir. İddiaya əsasən, bu sistemlər kütləvi hava hücumlarına qarşı və dağlıq ərazilərdə xüsusilə zəifdirlər.

"İstəniləni yazmaq olar, lakin həqiqət odur ki, bizim "Triumf"larımız bütün müasir hava hücumu vasitələrinin kütləvi basqınlarını dəf edə bilər" - Mixaylov "RT" agentliyinə deyib.

O, həmçinin bildirib ki, "S-400"lər istənilən şəraitdə döyüş tapşırıqlarını yerinə yetirə bilər.