Azərbaycanlı məşhur Türkiyədə sevgili tapıb və yenə ərə gedir


Şou-biznes 17 İyl 2019 20:24:00 283 0

Azərbaycanlı məşhur Türkiyədə sevgili tapıb və yenə ərə gedir

Türkiyədə yaşayan məşhur azərbaycanlı model Günay Musayeva oğlu Cahangirlə birlikdə Bakıya gəlib. Onun gəlişinin məqsədi dincəlmək və bir sıra yerli layihələrdə iştirak etməkdir.

Son.az bildirir ki, model özünün yaxın planları ilə bağlı Sputnik Azərbaycan-a müsahibə verib.

- Günay, sizi Bakıda tutmaq çox çətindir. Vətənə niyə belə nadir hallarda gəlizsiz?

- İldə üç, yaxud dörd dəfə bura gəlirəm, amma heç kəsə xəbər vermirəm. Burada çox sayda yaxın adamlarım yaşayır və onları ziyarət etməyi özümə borc bilirəm. Bundan əlavə, vətənim üçün çox darıxıram. Hər dəfə gəlirəm və Bakını tanımaqda çətinlik çəkirəm. O, getdikcə daha da gözəlləşir. Mənim bütün dost-tanışlarım, hansı ki, aralarında məşhur ulduzlar da var, məndən onları da bura gətirməyimi xahiş edirlər.

- Siz uzun illər əvvəl Türkiyəyə getmisiz ki, model karyeranızı davam etdirəsiz. Hazırda sizin adınız Türkiyənin ən yaxşı modelləri arasında çəkilir. Bu müvəffəqiyyətə necə nail olmusuz?

- Çətinliklərim çox olub, amma bu, bütün işlərdə olur. Artıq 15 ildir Türkiyədə işləyirəm və xoşbəxtəm ki, belə bir uğura imza atmışam. Çoxları mənim yerimdə olmağı arzulayır. Onlar bunun üçün çoxlu pul xərcləyirlər, amma istəklərinə çata bilmirlər.

Bütün günü gündəmdə olmaq istəyən adamlardan deyiləm. Bütün bunlar mənim üçün maraqsızdır. Mənim üçün vacib olan öz işimi görməkdir və namuslu əməklə pul qazanmaqdır.

- Türkiyədə çox böyük rəqabət var. Türk modellər sizi küncə sıxışdırmır ki?

- Bəli, Türkiyədə çox böyük rəqabət var. Bir çox modellər məni qısqanırlar, pislik edirlər, problemlər yaratmağa çalışırlar. Nümayişlərdə mənimlə birlikdə məşhur modellər iştirak edir, amma onlar mənim aldığım qonorarın cəmi yarısını, ya da üçdə birini alırlar. Bununla yanaşı, mən tez-tez nümayişlərdə dizaynerlərin baş modeli kimi çıxış edirəm. Modelyerlər özləri məni seçirlər. Bütün bunlar isə mənim həmkarlarımı qıcıqlandırır. Mənsə heç kəsi qısqanmıram. Əgər sən öz işində əlasansa, səni heç nə narahat etməməlidir.

- Siz artıq uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayılla əməkdaşlıq edirsiz...

- Bəli, biz artıq Rüfətlə uzun illərdir dostluq edirik. O, bu sənətdə mənim birgə işlədiyim yeganə azərbaycanlıdır. Mən onun uğurları ilə fəxr edirəm. İndi onun hazırladığı geyimləri dünyanın məşhur ulduzları, Beyonse, Cenifer Lopes və başqaları geyinir. O, təkcə özünü deyil, Azərbaycanı da şöhrətləndirir. Bizim əməkdaşlığımız davam edir. İrəlidə onunla birgə çoxlu planlarımız var.

- Siz Rüfət İsmayılın Nyu-Yorkda keçirilən moda həftəsindəki nümayişlərində iştirak etmisiz. Sizə Amerikadan əməkdaşlıqla bağlı təkliflər gəlibmi?

-Bəli, sentyabrda yenidən ora getməyə hazırlaşıram. Rüfət də mənimlə birlikdə gedəcək.