Siqaret olayına görə maşinist məsuliyyət daşıyırmı?


Digərləri 17 İyl 2019 19:59:00 302 0

Siqaret olayına görə maşinist məsuliyyət daşıyırmı?

Artıq bir neçə gündür ki, "Bakı Metropoliteni"ndə bir sərnişinin vaqonda siqaret çəkməsi ilə bağlı yayılan video rezonansa səbəb olub. Bu məsələdə siqaret çəkənlə yanaşı, videonu çəkəni, eyni zamanda da "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətini də qınayan oldu.

Nəticədə isə belə bir sual ortaya çıxdı ki, bəs bu görüntülər necə ola bilər ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin maşinistlərinin diqqətindən qaçsın?

Son.az bildirir ki, elə Sputnik Azərbaycan-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da bu sualı cavablandırıb. O bildirib ki, yalnız yeni qatarlarda maşinistlərin vaqonları izləmək imkanları var: "Yalnız təzə qatarlarda maşinistlər kameralar vasitəsilə vaqonları izləmək imkanına sahibdirlər. Təəssüflər olsun ki, köhnə qatarlarda vaqonlardakı vəziyyəti maşinist izləyə bilmir. Bu cür kadrları yalnız metropolitenin video-müşahidə mərkəzi izləyə bilir".

"Lakin həmin mərkəzlərdən də vaqonları hər küncünə 4 kamera qoyaraq izləmək düzgün deyil. Çünki metroda 59 qatar var, onların da hər birinin 5 vaqonu var. Bundan başqa, hər stansiyada da kifayət qədər kamera var. Bu qədər kameraları izləməyə isə böyük otağın monitoru kifayət etməz", - deyə mətbuat katibi əlavə edib.