Arvadını azyaşlı uşağının gözü qarşısında öldürəndən


Kriminal 17 İyl 2019 19:30:00 204 0

Arvadını azyaşlı uşağının gözü qarşısında öldürəndən

Bakıda keçmiş arvadını öldürməkdə təqsirli bilinən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, İlkin Abdullauebv barəsində olan hökmün yüngülləşdirilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Abdullayev 18 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qətl hadisəsi ötən ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.

24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb.