Qazaxda avtobusla vurulan qadın hadisə yerində olüb


Digərləri 17 İyl 2019 19:19:42 215 0

Qazaxda avtobusla vurulan qadın hadisə yerində olüb

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 16-da saat 8 radələrində Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Qazax RPŞ tərəfindən araşdırma aparılır.