Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı


Dünya 17 İyl 2019 18:44:00 261 0

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı

Rusiyanın Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələri əks etdirən daha bir videogörüntü yayımlanıb, faktla bağlı cinayət işi qaldırılmayıb.

Son.az Virtualaz.org-a istinadın bildirir ki, videokadrlardan da göründüyü kimi, dustaqxana əməkdaşları məhbuslara qarşı "tərbiyəvi tədbirlər" həyata keçirirlər. Daha sonra isə cəzaçəkmə müəssisəsinin rəhbəri İqor Zabodalova məruzə edilir. Videogörüntülər 2016-cı ilin fevralında qeydə alınıb.

Adıçəkilən istintaq təcridxanasında vaxtilə cəza çəkmiş keçmiş məhkum Ruslan Vaxapovun sözlərinə görə, həbsxana işçiləri ilə 12 saylı kameranın məhbusları arasında münaqişə yaranıb. Buna səbəb dustaq Andrey İvanovun rəhbərliyə şikayət etməsi olub: "Dustaq yoldaşları hamısı Andreyin müdafiəsinə qalxdı. Həbsxana əməkdaşları dəyənəkləri işə saldılar".

Digər kadrlarda həbsxana rəhbəri İqor Zabodalovun telefonda güc tətbiq edilməsinin vacibliyi ilə bağlı Cəzaların İcrası Federal Xidməti İdarəsinə məlumat verməsi əks olunur. İ.Zabodalov daha sonra həmkarlarına zəng vuraraq rəhbərliyə məlumat verdiyini deyir. Həmçinin güc tətbiqi ilə bağlı hıəmkarlarının məhbusları "üç" və "beş"ə uyğun cəzalandırıldığını xatırladır.

"Novaya qazeta" videkadrlardan cəzaçəkmə müəssisəsinin bəzi əməkdaşlarını tanıyıb. Bunlar - təhlükəsizlik şöbəsinin rəis müavini Kiril Skoroxod, təhlükəsizlik şöəbəsinin əməkdaşları Aleksandr Mixayloviç, Aleksandr Çirikov, Sanıç və təhlükəsizlik şöbəsinin rəis müavini Anton Vladimirdir.