Altı ayda 56 nəfər əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib


Digərləri 17 İyl 2019 17:40:00 204 0

Altı ayda 56 nəfər əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib

2019-cu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bakı. Samir Əli - 2019-cu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 aylıq hesabatında bildirilib. Məsuliyyətə cəlb olunanlar arasında 18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir. Onlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşıdır.