Avropa qorxu içərisində: Rusiya "qəfil zərbə" endirə bilər


Dünya 17 İyl 2019 17:29:00 240 0

Avropa qorxu içərisində: Rusiya "qəfil zərbə" endirə bilər

Rusiya "qadağan" olunmuş raketlərlə silahlanmağa davam edir və Avropada "müharibə aparmağa hazırlaşır".

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu iddiaları alman ordusunun istefada olan general-leytenantı, NATO baş katibinin keçmiş müavini Haynrix Braus və Kil Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoaxim Krauze səsləndiriblər.

Krauzenin fikrincə, Avropanın iqlim dəyişikliyi və miqrasiya böhranı ilə mübarizə apardığı bir vaxtda Rusiya heç bir əsas olmadan regional müharibələrə hazırlaşır və guya bu müharibələrdə nüvə silahından təhdid vasitəsi kimi istifadə etmək niyyətindədir. 

[Tehranın mərkəzində İran bayrağı həkk olunmuş freska, arxiv şəkli] © AFP 2019 / ATTA KENARE Nüvə razılaşmasına daha bir zərbə: İran həddi keçdi

Braus isə bildirib ki, Rusiya "qəsdən" Qərb ölkələri ilə münaqişə yaratmağa, dünya nizamını və NATO-nun birliyini sarsıtmağa çalışır.

Lakin keçmiş hərbçinin sözlərinə görə, Moskva NATO ilə münaqişədən qalib çıxa bilməcəciyini anlayır, buna görə də Rusiya guya "qəfil zərbə" endirə bilər.