Bakıda "Fərid Novruzi ilə dünya ətrafında 180 gün” layihəsinin təqdimatı keçirilib


Digərləri 17 İyl 2019 17:00:00 391 0

Bakıda "Fərid Novruzi ilə dünya ətrafında 180 gün” layihəsinin təqdimatı keçirilib

Bakıda "Fərid Novruzi ilə dünya ətrafında 180 gün" layihəsinin təqdimatı keçirilib.

Norveçdə belə bir atalar sözü var: "Yalnız səyahət edənlər yenilikləri kəşf edir".

Dahi Mark Tven isə, öz növbəsində, iddia edirdi ki, ölüm ayağında yalnız iki şey haqda təəssüflənmək olar: az sevdim və az səyahət etdim...

Dahilərimizi eşidən və dünyanı öyrənməyə daxili ehtiyac duyan hər kəs planetimizin hələ də fəth olunmayan güşələri ilə tanış olmaq üçün səyahətə çıxmaq istəyir.

Amma aramızda elələri varmı ki, gözlənilməz, və çox zaman heç də xoş olmayan anlarla dolu, adrenalinin aşıb daşdığı, ekstremal yalnızlıqla yol yoldaşı olaraq dünya səfərinə çıxa bilsin? Göründüyü kimi, var!

12 iyulda Boulevard Hotel-də paytaxtmızın ictimai həyatında ən parlaq və unikal hadisələrdən biri olan "Fərid Novruzi ilə dünya ətrafında 180 gün" tədbiri keçirildi.

Məhz həmin axşam tamaşaçılar və çoxsaylı media nümayəndələri məşhur ukraynalı blogger və "One Life" ın yaradıcısı Artemiy Surunin azərbaycanlı iş adamı və səyyah Fərid Novruziyə dünya səyahəti estafetini ötürməyinin şahidi oldular.

"Mybrands", "Pasha Bank", "Azercell" və "Triponline.az" isə sponsor qismində azərbaycanlı səyahətçinin yol yoldaşları olacaqlar.

Vizam.az saytının dəstəyi ilə təşkil olunan tədbirin orijinallığı - dünya turunu tamamlayan Artemiyin təcrübəsi ilə bu səyahətə başlayan  Fərid Novruzinin suallara səmimi cavablarının kontrastı oldu.

Xəyalları gerçəkləşdirəcək layihənin ən yadda qalan anlarını oxucularımızla paylaşırıq.

  

Məqsəd

"Dünya səyahəti" anlayışının bir neçə şərti var: çoxları hesab edir ki, səyahətçi Yer oxu ətrafına dolanıb başladığı nöqtəyə qayıtmalıdır. Bəziləri isə düşünür  ki, dünya səyahəti ekvatoru iki dəfə dönüb bütün qitələrdən keçmək deməkdir.

Fərid Novruzi səyahəti üçün bütün məlum olan şərtlərin parametrlərinə uyğun gəlir yol xəritəsi seçib:

• Ən azı 40.000 km getmək və bütün meridianları keçmək;

• Hər birində ən azı 1000 km yol qət etmək şərti ilə 6 qitəni səyahət etmək;

• Ekvatoru 2 dəfə keçmək;

• İki ziddiyyətli nöqtəni ziyarət etmək;

• 180 gün ərzində təyyarədən istifadə etmədən qeyd edilənləri həyata keçirmək.

Baqaj

Yol çantasını çox diqqətlə yığmaq lazımdır. Marşrut çox vaxt rahat yollardan keçmədiyi üçün baqajda yalnız ən vacib əşyalar olmalıdır:

• Boş səhifəsi çox olan xarici pasport. Rəsmi olaraq iki pasportla səyahət etmək icazəsi olsa, lap əla olar;

• Lazımi məbləğli 2 kredit kartı;

• Mütləq müəyyən miqdarda nağd pul;

• Foto və video çəkmək üçün avadanlıq və smartfon;

• Dərmanlar.

• Səyahətin yay aylarında keçəcəyi planlaşdırılsa belə mütləq isti paltar götürmək lazımdır.

Təhlükələr

"Qorxunu özünüzlə götürməyib" evdə gizlətməlisiniz. Kim bilir, evə qayıdanda "onu orada tapmaya bilərsiniz".

Bütün bu əziyyətlərə dəyərmi? Ziddiyyətlərlə dolu və uzun zaman tələb edən dünya səyahətinə çıxmazdan əvvəl bu sualı vermək məntiqlidir.

Öz arzusuna qovuşmaq üçün evindən, ailəsidən, dostlarından və sevimli işindən 10 ay uzaq düşən məşhur dünya səyahətçisi Artemiy bu suala belə cavab verdi: "Əlbəttə ki, dəyər! Tapdıqlarım itirdiyim zamandan qat-qat dəyərlidir!".

Artemiy danışdı ki, dünya səyahəti zamamı onu ən çox narahat edən sevdiyi insanla münasibətləri və onu gözləyən qeyri müəyyənlik olub.

Fərid Novruzi isə danışdı ki, onun üçün əsas çətinlik nə keçilməz yol, nə də ki, gözlənilməz hadisələr və nəqliyyatın olmamasıdır.

Qarşıdakı psixoloji yalnızlıq onu hər şeydən çox narahat edir.

Yol yoldaşları

Görəsən dünya səyahətinə kiminlə çıxmaq lazımdır?

Həm Artemiy, həm də Fərid bu suala eyni cavab verdi: "Tək!"