Rusiyada Avropanın ən böyük almazı aşkar olunub


Digərləri 17 İyl 2019 16:57:00 233 0

Rusiyada Avropanın ən böyük almazı aşkar olunub

Rusiyanın Arxangelsk vilayətinin Mezensk rayonundakı mədəndə çəkisi 222,09 karat olan almaz aşkar olunub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qiymətli daş Avropanın ən böyük almazıdır.

Qeyd olunub ki, bu vaxtadək V.Qrib adına mədəndə aşkar olunan ən böyük almaz 181,68 karat olub. Onu "Arxangel Mixail" adlandırıblar. Yeni almaza da ad veriləcəyi bildirilir. Bundan başqa, iyulun 13-də həmin mədəndə nadir limon rəngində və yüksək zərgərlik dəyəri olan 47,61 karatlıq almaz da çıxarılıb. İyulun 8-də isə qiymətli və çəkisi 81,02 karat olan daha bir iri almaz tapılıb.

Çıxarılan almazların hamısı satışa çıxarılacaq. Onlar dünya bazarında satılacaq, əsas alıcılar isə İsrail və Belçika kimi dövlətlərdir. Almaz bazarı Niderlandın Antverpen şəhərində yerləşir.

V.Qrib adına mədən dünyanın ən iri almaz yataqlarından biridir. O, qiymətli daş ehtiyatlarına görə Rusiyada dördüncü, dünyada isə yeddinci yeri tutur.