Bir oğru iki mağazada kameraya düşdü


Digərləri 17 İyl 2019 16:44:00 208 0

Bir oğru iki mağazada kameraya düşdü

Bakıda 6 ay əvvəl mağazadan oğurluq edən şəxs kameraya düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il dekabrın 29-da saat 12 radələrində Babək prospekti, maşın bazarında yerləşən mağazadan oğurluq edilib. Həmin şəxs dükandan "iPhone X" markalı telefon və telefonun üzlüyünün altında qoyulmuş 500 manat pulu oğurlayıb.

Sahibkar Məhərrəm Ağazadə iddia edir ki, oğurluq etməkdə şübhəli bilinən şəxsin bütün şəxsi məlumatları, fotoları onlara və polisə bəlli olsa da, hələ də cinayəti törədən şəxs tutulmayıb.

Həmçinin, eyni şəxs bu hadisədən bir neçə ay öncə "Sədərək" Ticarət Mərkəzində də telefon oğurlayarkən kameralara yaxalanıb.