Hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı


Dünya 17 İyl 2019 16:49:00 253 0

Hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının Jizan hava limanına hücum edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Husilərin hərbi sözçüsü Yəhya Sariya feysbuk hesabından verdiyi açıqlamada bildirib ki, hücum hava limanının işinə əngəl törədib.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi açıqlama verilməyib.