Barbi gəlinciyi haqqında film çəkiləcək


Digərləri 17 İyl 2019 16:34:00 205 0

Barbi gəlinciyi haqqında film çəkiləcək

"Ledi Berd" filminin Oskar mükafatçısı Qreta Qerviq rejissor Noa Baumbaxla birgə Barbi gəlinciyi üçün çəkiləcək filmə ssenari yazacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qreta Qerviq, həmçinin filmin rejissoru da ola bilər. Filmdə baş rolu avstraliyalı aktrisa Marqo Robbi canlandıracaq.

Məlumatda bildirilir ki, bu rolu ona dünyada məşhur gəlincik istehsalçısı olan "Mattel" korporasiyası təklif edib. Layihədə şirkətin tərəfdaşı "Warner Bros" kinokompaniyasıdır.

Filmin süjet xəttinə görə baş qəhrəman mükəmməl olmadığı üçün Barbilənddən qovulur. Real həyatla təkbətək qalan Barbi anlayır ki, xoşbəxtliyin açarı mükəmməllikdə deyil.