Qarabağ yeni transferini təqdim etdi


İdman 17 İyl 2019 16:31:00 209 0

Qarabağ yeni transferini təqdim etdi

Qarabağ yeni transferi Maqaye Qeyeni təqdim edib.

Goal.az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsi 29 yaşlı fransalı hücumçunun şəklini paylaşıb və “Xoş gəldin, Maqaye” yazılıb. Müqavilənin detalları barədə məlumat verilmir. Forvard Qarabağ-da 99 nömrəli forma ilə çıxış edəcək.

Seneqal əsilli forvardın son iş yeri Türkiyənin Osmanlıspor klubu olub. O, karyerası ərzində Fransanın Strasburg, Brest, İngiltərənin Everton, Milloull və Türkiyənin Adanaspor komandalarının formasını geyinib.

Qeyd edək ki, Qarabağ yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.