Bu ölkədə türkiyəli diplomat öldürüldü


Dünya 17 İyl 2019 16:19:00 224 0

Bu ölkədə türkiyəli diplomat öldürüldü

İraqın Erbil şəhərində restoranlardan birinə silahlı hücum olub.

Son.az Trend-ə istinadən bildirir ki, hücum zamanı restoranda Türkiyə Baş Konsulluğunun diplomatları olub. Hücum nəticəsində Türkiyə konsulunun köməkçisi Hakan Karaçayın qətlə yetirildiyi bildirilir.

Hücum naməlum şəxslər tərəfindən törədilib.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.