6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub


Digərləri 17 İyl 2019 15:59:00 206 0

6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri isə 10 milyard 951 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlarda bildirilir.

Dövlət Statistika Komitəsinin hesabatında isə qeyd olunur ki, büdcənin icrasında 545,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,4 faizi qədər kəsir yaranıb.