Neymar-ın Barcelona ilə yanaşı, 3 variantı var


İdman 17 İyl 2019 15:00:00 232 0

Neymar-ın Barcelona ilə yanaşı, 3 variantı var

Braziliya millisinin futbolçusu Neymar yay fasiləsində PSG klubunu tərk etməkdə qərarlıdır.

Goal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 27 yaşlı hücumu üçün prioritet variant sabiq klubu Barcelona-sıdır. Lakin kataloniyalılar bir müddət əvvəl 120 milyon avroya Atletico-nun hücumçusu Antuan Qrizmannı transfer etdiyi üçün Neymarın ora dönüşü çətin görünür.

Bu səbəbdən braziliyalı forvard Real Madrid, Juventus və ya Bayern Munich-ə keçməyin əleyhinə deyil.

Xatırladaq ki, Neymar 2017-ci ildə Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib.Paris klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq futbolçu klubdana ayrılmaq niyyətindədir.