Nizamülmülk qazdığı quyuya özü düşdü


Kriminal 17 İyl 2019 15:04:00 260 0

Nizamülmülk qazdığı quyuya özü düşdü

Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.

Son.az ölkə.az-a istinadən bu gün oxucularına Nizamülmülk barədə bilinməyən bir tarixi faktı çatdırır. Bu fakt barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Səlcuqlu dövrü tarixçisi Sədrəddin ibn əl-Hüseyni "Əxbar əd-dövlət əs-səlcuqiyyə" əsərində Səlcuqlu dövlətinin ilk vəziri Amidülmülk əl-Kündurinin öldürülmə səhnəsini çox təsirli şəkildə təsvir edir.

Vəzirin öldürülmə əmrini verən yeni vəzir Nizamülmülk olub. Künduri əvvəlcə ev həbsinə alınıb. Öldürüləcəyini bildiyi an, ailəsi ilə vidalaşıb öz otağına keçib. Sonra Zəmzəm suyunda yuyulmuş kəfəninə bürünüb və cəlladı gözləməyə başlayıb. Cəllad otağına gəldiyində ona belə deyib:

"Nizamülmülk çox pis bir iş gördü, Türklərə vəzir və divan sahiblərini öldürməyi öyrətdi. Kim quyu qazarsa özü də o quyuya düşəcəkdir".