Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək


Digərləri 17 İyl 2019 14:54:55 206 0

Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.

Bakı. Samir Əli - Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.