Azərbaycan qiymətli kağızları bazarında ilk dəfə beynəlxalq maliyyə institutlarınının yerli valyutada istiqrazları emissiya ediləcək


Digərləri 17 İyl 2019 14:59:00 165 0

Azərbaycan qiymətli kağızları bazarında ilk dəfə beynəlxalq maliyyə institutlarınının yerli valyutada istiqrazları emissiya ediləcək

Azərbaycan qiymətli kağızları bazarında ilk dəfə beynəlxalq maliyyə institutlarınının yerli valyutada istiqrazları emissiya ediləcək

Bakı. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir sıx əməkdaşlıq aparılmaqdadır. Palatadan Trend-ə verilən məlumata görə, görülmüş işlər nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcək. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 16 iyul 2019-cu il tarixində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur. Adıçəkilən banka məxsus istiqrazların yerli valyutada kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında emissiyası Respublikamız üçün əlamətdar hadisədir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiyanın, əməkdaşlığın və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı”na dair 2-ci strateji hədəfində emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, listinqə çıxışı məhdudlaşdıran amillərin aradan qaldırılması, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və yeni listinq prosedurlarının hazırlanması müəyyən edilib. Qeyd edilən tədbirlərin icrası məqsədilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minib. Eyni zamanda beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə Bakı Fond Birjasının listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən edilmişdir. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırmış və əlavə stimullar formalaşdırmışdır.