Bu gün Şah İsmayıl Xətainin doğum günüdür


Kriminal 17 İyl 2019 14:49:00 243 0

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 1487-ci ilin 17 iyul tarixində Ərdəbil şəhərində anadan olub.

Son.az ölkə.az-a istinadla Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran bu şəxsiyyətin həyatı barədə kiçik yazını oxucularına təqdim edir.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsindəqismən də fars və ərəbcə yazmışdır.

Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252-1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən  Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi  barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər.  Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.

V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki, "Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər".  İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, "ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi". Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini "Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu" olduğunu yazır.