Poroşenko sorğuya getməkdən imtina etdi


Dünya 17 İyl 2019 14:39:00 201 0

Poroşenko sorğuya getməkdən imtina etdi

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko Dövlət İstintaq Bürosu tərəfindən bu gün çağırıldığı sorğuya getməyəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, Poroşenko yalnız 21 iyulda keçiriləcək erkən parlament seçkilərindən sonra sorğuda iştirak edə bilər.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.