NASA bütün proqramlarını təxirə saldı: "İndi Marsda ola bilərdik"


Digərləri 17 İyl 2019 14:29:00 214 0

NASA bütün proqramlarını təxirə saldı: "İndi Marsda ola bilərdik"

ABŞ Milli Aeronavtika və Kosmik Mərkəzi (NASA) Aya yeni səyahət proqramını təxirə salıb.

Son.az xəbər verir ki, bu barədə qurumun baş katibi Cim Bridenstin danışıb.

CBS televiziyasına danışan baş katib bildirib ki, proqramın təxirə salınmasının səbəbi siyasi risklərdir. Həmçinin bu siyasi risklərin yaratdığı maliyyə çatışmazlığı da Aya getməyə mane olur. Onun sözlərinə görə, kifayət qədər maliyyə olsaydı, amerikalılar nəinki, Aya, hətta Marsa da səyahət edə bilərdilər.

Bridenstin həmin səbəblərdən dolayı 2024-cü ildə gerçəkləşdirilməsi planlaşdırılan Marsa enişin baş tutmayacağını deyib. (publika.az)