"Kloppun yeganə səhvi Liverpool-u çalışdırmasıdır"


İdman 17 İyl 2019 14:00:00 229 0

"Kloppun yeganə səhvi Liverpool-u çalışdırmasıdır"

ABŞ-ın D.C. United klubunun hücumçusu Ueyn Runi "Bild"ə açıqlamasında Liverpool-un baş məqşçisi Yurgen Klopp haqda danışıb.

Goal.az xəbər verir ki, ingilis futbolçu almaniyalı mütəxəssis haqda xoş sözlər deyib. "Manchester United-in sabiq futbolçusu söhbət zamanı "qırmzı şeytanlar"ın əzəli rəqiblərindən olan Liverpool-a atmaca da atıb:

"Klopp hər bir futbolçunun işləmək istədiyi məşqçilərdəndir. Çünki futbolçular onun rəhbərli altında əyləncəli vaxt keçirirlər. Bir dəfə mən də Kloppla görüşdüm, çox əla insandır. Onun yeganə səhvi Liverpool-u çalışdırmasıdır (gülümsəyir). Ona və karyerasına hörmətlə yanaşıram. Həqiqətən yaxşı məşqçidir. Uğurları hələ qabaqdadır".