Bayern Munich alman futbolçunun transferini açıqladı


İdman 17 İyl 2019 14:17:00 289 0

Bayern Munich alman futbolçunun transferini açıqladı

Bayern Munich heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi Almaniyanın gənclərdən ibarət yığması və Stuttgart-ın hücumçusu Leon Dayakunu transfer edib. 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Stuttgart-ın yetirməsi olan Dayaku ötən mövsüm əsas komandada 2 oyuna çıxıb.