"Meyvəli"də kütləvi zəhərlənmə olub


Digərləri 17 İyl 2019 14:17:00 234 0

"Meyvəli"də kütləvi zəhərlənmə olub

Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriblər:

"Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".

KTM-dən Trend-ə verilən məlumata görə, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımi yardımlar edilir. Xəstələrin vəziyyətləri orta-ağırdır.