Azərbaycanda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı XİDMƏT HAQLARI müəyyən edildi


Siyasət 17 İyl 2019 14:01:00 48 0

Azərbaycanda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı XİDMƏT HAQLARI müəyyən edildi

Azərbaycanda iqtisadi, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəməyə qədər həll etmək istəyənlərə mediasiya xidmətlərinin göstərilmə haqları müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"ni təsdiq edib.

Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manatdır.

İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı 20 manat, iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda 40 manat, iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat, iddia qiyməti 5001 manatdan 10 000 manatadək olduqda 100 manat, iddia qiyməti 10 001 manatdan 50000 manatadək olduqda 200 manat, iddia qiyməti 50 000 manatdan çox olduqda 400 manat müəyyən edilib.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilib.

Nazirlər Kabinetinin bu qərarı 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanı ilə "Mediasiya haqqında" qanun təsdiq edilib. Bu qanuna görə, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.

"Kloppun yeganə səhvi Liverpool-u çalışdırmasıdır" like
  • 17 İyl 14:00  
İdman "Kloppun yeganə səhvi Liverpool-u çalışdırmasıdır"

ABŞ-ın D.C. United klubunun hücumçusu Ueyn Runi "

arrow Ətraflı
Bülənt Ərsoy: “Mən yaşı olmayan qadınam” like
  • 17 İyl 13:59  
Digərləri Bülənt Ərsoy: “Mən yaşı olmayan qadınam”

Məşhur türk sənətçisi Bülənt Ərsoy məşhurlar arasında yayılan yaşl

arrow Ətraflı
"Meyvəli"də kütləvi zəhərlənmə olub like
  • 17 İyl 13:59  
Digərləri "Meyvəli"də kütləvi zəhərlənmə olub

Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" Meyvə

arrow Ətraflı
Azərbaycan müxalifətinin içindəki xəstəlik: like
  • 17 İyl 13:57  
Siyasət Azərbaycan müxalifətinin içindəki xəstəlik:

Dünyanın "İtalyan İntibahı" kimi dəyərləndirdiyi dövrün, ort

arrow Ətraflı
29 ildir bağlı qalan sərhəd açılır like
  • 17 İyl 13:54  
Dünya 29 ildir bağlı qalan sərhəd açılır

İraq ilə Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd qapısı olan &qu

arrow Ətraflı
Nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib like
  • 17 İyl 13:48  
Digərləri Nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və

arrow Ətraflı
Azərbaycanda yeni layihəyə start verilir like
  • 17 İyl 13:44  
Digərləri Azərbaycanda yeni layihəyə start verilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ə

arrow Ətraflı
6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub like
  • 17 İyl 13:43  
Digərləri 6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,

arrow Ətraflı
“Bu, reklam deyil, həqiqətən də barışmışıq” like
  • 17 İyl 13:34  
Digərləri “Bu, reklam deyil, həqiqətən də barışmışıq”

Türkiyənin məşhur müğənnisi Hande Yener ötən gün kosmetika mağazalar

arrow Ətraflı
“Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi like
  • 17 İyl 13:30  
Digərləri “Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi

Bu məhsulun özəlliyi illik faiz dərəcəsinin sıfra qədər enməsidir.

arrow Ətraflı
Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək like
  • 17 İyl 13:27  
Siyasət Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya, İran və Türkiyə rabitə qurumlarının

arrow Ətraflı