"Meyvəli"də kütləvi zəhərlənmə olub
Digərləri 17 İyl 2019 13:59:00 190 0
Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.
Bakı. İlhamə İsabalayeva -
Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriblər:
"Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".
Mənbə: az.trend.az