Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək (FOTO)


Digərləri 17 İyl 2019 14:06:00 194 0

Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək (FOTO)

Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.

Bakı. Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib. Trend-in məlumatına görə, universitetin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində “Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb. Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.