Azərbaycan müxalifətinin içindəki xəstəlik:


Siyasət 17 İyl 2019 13:57:00 70 0

Azərbaycan müxalifətinin içindəki xəstəlik:

Dünyanın "İtalyan İntibahı" kimi dəyərləndirdiyi dövrün, orta əsrlərdə 500 il davam etmiş "qaranlıq çağın" sonunu gətirən sənət partlayışı heç də Da Vinçi, Mikelancelo və ya Rafael kimi dühaların əsəri deyildi.

Bu xəbəri də oxu: Bağışla onları, Rəşad...

Çağdaş sənətin özülünün qoyulduğu o dövrün atası italyan rəssam və memar, protorenessansın "atası" Cotto di Bondone idi.

O Cotto ki, Florensiyada "Sienadakılara baxın, bizdən yaxşı yaşayır bu toskanlılar, bizim hakimiyyət hara baxır" bağıranların qarşısında duranda başını bulamış, "Sizin təki vətən sevənlər varsa, vətənə yazığım gəlir" demişdi.

Və nə yazıq ki, dahi Cottonun 1335-ci ildə San-Remoda dediyi bu sözləri indi təkrarlamaq məcburiyyətindəyəm.

Sözüm Azərbaycanın müxalifətinə liderlik iddiasına düşənlərdə, onlara inananlarda, sosial şəbəkələrdə haray-həşir salanlara və bu həşirdən ölkədən çox kənarda yararlanıb oradan səs çıxaranlaradır.

Onların bundan sonra məntiqi davranacaqlarına, azad və müstəqil olacaqlarına, vətənlə xalqı ayırmayacaqlarına, vətəndaşlara sadəcə, potensial elektorat və səs verənlər toplusu kimi baxmayacaqlarına inanmaq çətindir.

Bağışlayın, amma belədir.

Gürcüstan-Azərbaycan sərhədində baş verən hadisələr və bu hadisələrə Azərbaycan müxalifətinin, xüsusilə də prezidentlik, ölkəyə və xalqa liderlik iddiasında olan AXCP sədri Əli Kərimlinin düşüncəsi sadəcə, təəssüf doğurur.

Ötən yazımızda qeyd etdiyimiz kimi, Keşikçidağ və ya Davdid Qareci - adı siz seçin, əsla önəmli deyil - monastır kompleksində baş verən insidentə görə Gürcüstandakı Leyboristlər və Vətənpərvərlər Alyansı partiyaları birbaşa məsuliyyət daşıyırlar.

Belə ki, Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili ölkələrimiz arasındakı sərhədə yollanaraq "Bura Gürcüstandır, azərbaycanlılar Orta Asiyadan gəlmələrdir, rədd olub getsinlər gəldikləri yerə" kimi çıxış edərək videolar paylaşmışdı. Daha sonra isə o, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə az qala etnik təmizləmələr aparılmasını, soydaşlarımızın yurd-yuvalarından qovulmasını da təklif etmişdi.

Vətənpərvərlər Alyansının lideri David Tarxan-Mouravi də eyni cür düşünür və davranır. Rusiya ilə çox sıx bağlı olan bu siyasətçi Gürcüstanda anti-Rusiya isteriyasının yaranmasından faydalanaraq Moskvanın sifarişlərini daha aktiv yerinə yetirməyə başlayıb.

Onun partiyasının mənsublarının - Ada Marşaniyanın, Tbilisi Şəhər Şurasının deputatı Qoça Tevdoradzenin və parlamentin deputatı Georgi Lomiyanın Moskvaya yollanaraq Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovla görüşmələri də eyni məcradakı olaydır.

Gürcüstanla Azərbaycan arasındakı strategji önəmli müttəfiqlik və dostluq əlaqələrini pozmaq, dövlətlərimiz arasında gərginlik, xalqlarımız arasında qarşıdurma yaratmaq üçün indi fəal çalışırlar.

Sərhəddəki insident sadəcə, bir hadisə deyil.

"Sərhədçimiz niyə atəş açmadı?", "Gürcüstana boykot elan edək!", "Rədd olsun Gürcüstan!" kimi bəsit və təhlükəli suallarla çağırışları adi insanlar, sosial şəbəkə istifadəçiləri yazanda və səsləndirəndə bəlkə də anlaşılan situasiyadır.

İnsanlar hiddətləniblər, cavab tədbirləri istəyirlər, dövlətdən sərt davranış tələb edirlər.

Fəqət, belə tələbləri siyasətçi olduğunu iddia edən və iddiası şüur səviyyəsindən, qavrama qabiliyyətindən üstün təsir bağışlayanlar edəndə durum ciddiləşir.

Azərbaycanla Gürcüstanın münasibətlərin ifrat dərəcədə pisləşdirmək istəyənlərin də planında sərhəd insidentində atəş açılması vardı.

Sərhədçilərimizin şərəflə, soyuqqanlıqla, ləyaqətlə və ağılla davranmaları bu planı pozdu.

Gürcüstandakı siyasi həşəratların isteriyasının səbəbi bəlli: əmr və sifariş alınıb, rollar paylaşdırılıb, səhnələşmə gedir.

Bəs eyni ritorikanı azərbaycanlı müxalif siyasətçilər niyə təkrarlayır, köpüklü vətənpərvərlik edir, əsəblərin tarıma çəkildiyi bu dönəmdə məsuliyyətsiz, hətta gerizəkalı çağırışlar edirlər?

İdeya, mübarizə, yoxsa hiddət?

Heç biri. Hər şey daha sadə, daha trivialdır.

Belələri şüurları, könülləri və suyu bulandırmaq, sonra da o bulanıq suda çoxdan, həsrətlə seyr etdikləri balığı tutmaq istəyirlər.

AXCP sədri Əli Kərimli hakimiyyətdən hesabat tələb edir, xalqı etiraza çağırır.

Halbuki hakimiyyətini cəmi 11 ay qoruya bilmiş bir siyasi strukturun mənsubunun - lider saysa da özünü - 26 ildən bəri Azərbaycanı idarə edən siyasi-hakim konstruksiyadan hesabat tələb etməsi və hakimiyyəti zəif bilməsi xudpəsəndlik, reallıq hissinin itirilməsi və siyasi qeyri-adekvatlıqdır.

Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Bu, Azərbaycanın rəsmi mövqeyidir və Gürcüstanla sərhədin delimitasiyası ilə bağlı danışıqlarda da preambula təşkil edir.

Ümumiyyətlə, Gürcüstanın indiki rəhbərliyinin sərhəd insidenti ilə bağlı mövqeyi rəsmən "iki xalq və dövlət arasında dostluq, qardaşlıq münasibətlərini heç kim poza bilməz"  tipli bravur bəyanatlarla başlayıb, elə onlarla bitir. Nə sərhəddə təlxəklik edərək münasibətləri gərənlər saxlanılır, nə onlara hansısa cəza tətbiq olunmur, nə də siyasi partiyalar bəyanatlarla çıxış etmirlər.

Gürcüstanda hakimiyyətin bir idarəetmə sistemi kimi iflic durumda olduğunu, dövlətin ən müxtəlif ölkələr və beynəlxalq fondlar tərəfindən idarə olunduğunu, rəsmi qurumların qeyri-hökumət təşkilatlarına söz deyə bilməyib sakit davrandıqlarını da bilirik.

Lakin Şota Rustaveli prospektində, kütlə parlament binasına tərəf yürüyəndə onlara rezin güllələrlə atəş açmağa özündə cəsarət tapan Gürcüstan polisi Azərbaycanla sərhəddə sifarişli təlxəklik edərək iğtişaş yaradanların qarşısında lal, kar və kor qalır.

Səbəbsiz deyil və rəsmi Bakı hələlik o səbəbləri Tiflisdəki hakimiyyət dairələrinin üzünə vurmur. Lakin vəziyyət bu məcrada davam edərsə, Azərbaycanın dostluq və qonşuluq münasibətlərinə dəyər verdiyi kimi, sərhədlərini karvansaray qapısına döndərmək istəyənlərin də istəklərini burnundan gətirəcək.

O istək sahibləri hələlik burunlarını soxduqları çirkin işin sifarişçilərinin əmrlərini yerinə yetirir, nəyəsə nə zamansa, hansı yollarlasa nail olacaqlarını düşünürər.

Belə sadəlövhlərin Azərbaycandakı inikası olan binəvalarsa necə yanlış yolda olduqlarını anlamır və ya anlasalar da, özlərini anlaqsız göstərirlər.

Heyf ki, Azərbaycandakı radikal müxalifət düşərgəsindəki bir çox siyasətçilər əslində müxalifət və siyasət sözlərinin özünə acı parodiyadır.

Azərbaycan müxalifətinin içində xəstəlik var.

Nə edəsən ki, bu durumda həmin bəlalılara yazığımız gəlmir.

Elçin Alıoğlu Son.az

29 ildir bağlı qalan sərhəd açılır like
  • 17 İyl 13:54  
Dünya 29 ildir bağlı qalan sərhəd açılır

İraq ilə Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd qapısı olan &qu

arrow Ətraflı
Nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib like
  • 17 İyl 13:48  
Digərləri Nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və

arrow Ətraflı
Azərbaycanda yeni layihəyə start verilir like
  • 17 İyl 13:44  
Digərləri Azərbaycanda yeni layihəyə start verilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ə

arrow Ətraflı
6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub like
  • 17 İyl 13:43  
Digərləri 6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,

arrow Ətraflı
“Bu, reklam deyil, həqiqətən də barışmışıq” like
  • 17 İyl 13:34  
Digərləri “Bu, reklam deyil, həqiqətən də barışmışıq”

Türkiyənin məşhur müğənnisi Hande Yener ötən gün kosmetika mağazalar

arrow Ətraflı
“Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi like
  • 17 İyl 13:30  
Digərləri “Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi

Bu məhsulun özəlliyi illik faiz dərəcəsinin sıfra qədər enməsidir.

arrow Ətraflı
Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək like
  • 17 İyl 13:27  
Siyasət Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya, İran və Türkiyə rabitə qurumlarının

arrow Ətraflı
Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı like
  • 17 İyl 13:24  
Digərləri Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz B

arrow Ətraflı
Avtomobilini ona verməyən dostunun anasını söydü, bıçaqlandı like
  • 17 İyl 13:19  
Digərləri Avtomobilini ona verməyən dostunun anasını söydü, bıçaqlandı

Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüd

arrow Ətraflı
Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib like
  • 17 İyl 13:17  
Digərləri Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hə

arrow Ətraflı