“Həyasız, əyyaş, hoqqabaz, tramvay nömrəsi”


Şou-biznes 17 İyl 2019 13:14:00 182 0

“Həyasız, əyyaş, hoqqabaz, tramvay nömrəsi”

"Bugün musiqimizin bu qədər bəsitləşməsindən, ortalıq meymunlarından, canlı oxumağı bacarmadığı, hətta fonoqramla oxuyarkən musiqini dərk edən insanlarda gülüş doğuranlardan məhz Mirzə Babayevin ad günündə danışmaq istədim".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Aygün Kazımova ilə bağlı yazdığı statusdan bəhs edərkən bildirib.

O, daha sonra ad çəkməsə də A.Kazımova haqda sərt sözlər yazıb:

"Keçmişimdə və bugünümdə heç bir qüsur tapa bilməyənlər məcburən şər-böhtana əl atıblar. Niyə zəif, əyyaş, boş hay-küy yaradan müğənni deyən kimi buraya komanda yollanır və deyilir ki, bu sözlər məhz filankəsə ünvanlanıb. Oxuya bilməyənlərdən danışanda gözününüzün önündə o dəqiqə yalnız bir müğənni canlanır? Sanki sübut etmək istəyirsiniz ki, səsi olmayan yalnız filankəsdir. Sözümü musiqiyə yox, boş hoqqabazlığa önəm verənlərə deyirəm. Səhifəmə 10-15 min adam yollasalar da, estrada musiqisindən danışacağam".

Müğənni daha sonra bir zamanlar məclislərin birində əlində tərəvəzlə çəkilən fotosuna görə onu aşağılamaq istəyənlərə də cavab verib:

"İç üzünüz Allahın verdiyi neməti yeyən yerdə qəfil fotomu çəkib, bunu ayıb imiş kimi qələmə verməyinizdə ortaya çıxır - öz "anaşa"nızdan. Boçkasına girib, "alkaş"lıq etdiyinizdən, sərxoş halda əyilmiş ağzınızla sizin kimi həyasızlardan abrını gözləyən müğənnilərə "bura səhnədir", yox "ora səhnədir" deməkdən pis və ayıb şey imiş tərəvəz yemək? Bəsit - üç notdan ibarət mahnıların ifaçısı deyirəm, siz yalnız bir insana bunu şamil edirsiniz. Səhifəmə bir "lapet" adam göndərilib ki, kimisə tərifləsin. Bu da səsi olmayan müğənnilərin hay-küy yaratmaq bacarığının bir növüdür. Bəzi bəsit mahnıları hətta nənəm də canlı oxuyar. 50 yaşında birinci sinif şagirdi kimi oxumaqdansa, 70 yaşında olmaq yaxşıdır ".