"Ekvita" şirkətinin dəstəyi ilə biznesin inkişaf etdirilməsi mövzusunda görüşü keçirilib (FOTO)


Digərləri 17 İyl 2019 13:00:00 174 0

"Ekvita" şirkətinin dəstəyi ilə biznesin inkişaf etdirilməsi mövzusunda görüşü keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsində "Ekvita" şirkətinin dəstəyi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının və Azərbaycan-İtaliya Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində "Ekvita" şirkətinin dəstəyi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının və Azərbaycan-İtaliya Ticarət Palatasının üzvləri ilə görüş keçirilib. Trend-in məlumatına görə, biznesin inkişaf etdirilməsi mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, "Societe General", "Suez", "Sigma Technical Services", "Total", CCİAF", "İCOG", "İTAREZCOM" və "Ekvita konsaltinq" şirkətlərinin nümayəndələri iştirak edib. Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirilib ki, kadr və struktur islahatları nəticəsində idarəetmənin təkmilləşdirilməsinə, daha çevik və dinamik fəaliyyət göstərməsinə nail olunub. Korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, düzgün uçot sisteminin qurulması məqsədilə vergi orqanları ilə birgə fəaliyyətin təşkili fiskal sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb. İsmayıl Hüseynov "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə də görüş iştirakçılarına məlumat verərək qeyd edib ki, artıq cari ilin fevral ayından tətbiq edilən sistem idxal-ixrac əməliyyatlarının sürətləndirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb və ən əsası biznes nümayəndələrində könüllü riayət prinsipinin formalaşdırılmasına təkan verib. Gələcəkdə gömrük sistemində tətbiq ediləcək yeniliklər barədə də iştirakçıları məlumatlandıran Komitə sədrinin birinci müavini palata üzvləri ilə mütəmadi görüşlərin keçirilməsinin əməkdaşlığın daha da gücləndirilməsi baxımından önəminə diqqət çəkib. Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Azərbaycanda münbit biznes mühitinin yaradıldığını, gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verdiyini bildirib və bütün ölkələrin iş adamlarının Azərbaycanda uğurlu fəaliyyəti üçün şərait yaradıldığını diqqətə çatdırıb. Cavad Qasımov əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayan, biznesdə, eyni zamanda gömrük sistemində tətbiq edilən yeniliklər barədə məlumat mübadiləsinin həyata keçirilməsinə şərait yaradan görüşlərin gələcəkdə palata üzvləri ilə geniş tərkibdə keçirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.