Bu günlərdə əsəbiləşmək, ağlamaq və mübahisə etmək olmaz


Digərləri 17 İyl 2019 12:54:00 241 0

Bu günlərdə əsəbiləşmək, ağlamaq və mübahisə etmək olmaz

2019-cu ilin növbəti astronomik hadisəsi 17 iyul gecə baş verəcək. Təsiri həm təbiətə, həm münasibətlərə, həm də səhhətimizə 9 il davam edəcək Ay tutulması zamanı bir çox qaydalara əməl etmək lazımdır. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu ay tutulmasını Oğlaq bürcü idarə edəcək. O, isə nəzarət, diqqət, məqsədyönlülük və səliqə-səhmanı sevir. 

Ay tutulması və ondan əvvəlki gündən başlayan "qaranlıq dəhliz deyilən" həftə yüksək emosionallıq, ən qaba hisslərin üzə çıxması, gərgin psixoloji duruma səbəb olur. 

İnsan psixikası bu yükün təsirindən qəfil alovlana, özünü idarə edə bilməyə, hətta köhnə umu-küsünü yada salıb, insanı özündən çıxara bilər.  16 iyundan başlayaraq Ay tutulmasının təsiri kütlədə insanlar arasından heç nədən konfliktlər yarada bilər. Bu ərəfədə nə yeni tanışlıqlar, nə də ayrılıqlar təqdir olunmur. 

İntuisiyanıza 100% qulaq asıb, hətta dostlarınıza belə bu günlər etibar etməkdən çəkinməlisiz.

Bu gündən etibarən ən kiçik səbəbə belə fikir bildirib, mübahisə etməyi özünüzə qadağa qoyun. 21 iyula kimi bir qədər tərki-dünya olub, sakitliyə çəkilin. Heç bir yeni başlanğıc, yeni iş, layihə planlamayın, vacib görüşləri təyin etməyin. Tamam neytral bir mövqeyə çəkilin.