Bakıda qardaşını güllələyən şəxsin


Kriminal 17 İyl 2019 12:49:00 181 0

Bakıda qardaşını güllələyən şəxsin

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, bu il mart ayının 31-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 43 yaşlı Kamran Şamilov odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Hadisəni mərhumun qardaşı Hüseynbala Şamilovun törətdiyi məlum olub. O, saxlanılıb. Saxlanılarkən H.Şamilovun üzərindən hadisəni törətdiyi "TOZ-34" markalı tüfəng götürülüb.

Qeyd edək ki, iki qardaş arasında mübahisə torpaq bölgüsü üstündə yaranıb. Mübahisə zamanı Hüseynbala evdən ov tüfəngini götürərək qardaşına atəş açıb. Sonuncu elə hadisə yerində dünyasını dəyişib.