Kürdəmir sakinini bıçaqlayan 3 nəfər saxlanıldı


Digərləri 17 İyl 2019 12:30:12 210 0

Kürdəmir sakinini bıçaqlayan 3 nəfər saxlanıldı

Kürdəmirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakı. Kürdəmirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Y.Səmədova bıçaqla xəsarət yetirib 50 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ucar rayon sakinləri N.Çıqqarov, R.İbrahimov və P.Quliyev saxlanılıblar.