İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!


Digərləri 17 İyl 2019 12:14:00 213 0

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr edib.

"Abituriyent" jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, II və III  ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap ediləcəkdir. 

Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı  "Abituriyent" jurnalının 4 saylı buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların  kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da "Abituriyent" jurnalının 2019-cu il 2-ci nömrəsində və "2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI" xüsusi buraxılışında dərc edilib. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Öz növbəsində təhsil eksperti Kamran Əsədov ixtisas seçiminə hazırlaşan abituriyentlərə bəzi tövsiyələr verib.

Həmin materialı təqdim edirik:

"İlk növbədə qeyd etmək istəyirəm ki, ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi mütləqdir. 

Bu zaman isə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi statistik məlumatlara və abituriyent jurnalına istinad etmək, ciddi şəkildə baxmaq lazımdır. Yoxsa yüksək bal toplamış abituriyentlər belə tələbə adını qazanmaqdan mərhum ola bilər.

Xüsusi ilə abituriyentlər plan yerlərini və imtahan iştirakçıların topladığı balı  əvvəlki illərlə müqayisə etməlidirlər.

2019/2020 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına aşağıdakı kimi plan yerləri ayrılıb:

I ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 14031 plan yeri; Rus bölməsi üzrə 1000 plan yeri, ümumilikdə 15031 plan yeri ayrılıb (2018-ci ildə isə ümumilikdə 14475 plan yeri var idi və onun 10949-u Azərbaycan, 1331- i rus, 2195- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il I qrupda ümumilikdə plan yeri 556 yer artıb.

II ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 13241 plan yeri, Rus bölməsi üzrə  1000 plan yeri, ümumilikdə 14241 plan yeri ayrılıb ayrılıb (2018-ci ildə isə ümumilikdə 13395 plan yeri var idi və onun 8939-u Azərbaycan, 1228- i rus, 3228- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisədə bu il II qrupda ümumilikdə plan yeri 154 yer azalıb.

III ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 10266 plan yeri, Rus bölməsi üzrə 1005 plan yeri, ümumilikdə 11271 plan yeri ayrılıb. (2018-ci ildə isə ümumilikdə 10601 plan yeri var idi və onun 7957-si Azərbaycan, 889-u rus, 1755- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il III qrupda ümumilikdə plan yeri 670 yer artıb. 

IV ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 3310 plan yeri, Rus bölməsi üzrə  305 plan yeri, ümumilikdə 3615 plan yeri ayrılıb. . (2018-ci ildə isə ümumilikdə 3315 plan yeri var idi və onun 2610-u Azərbaycan, 275-i rus, 430- u isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il IV qrupda ümumilikdə plan yeri 300 yer artıb.