Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb


Digərləri 17 İyl 2019 12:11:00 216 0

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib. Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Belə ki, 2018-ci ilin ilk yarısında ölkədə adambaşına düşən ÜDM-in artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,4 faiz təşkil edib. Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 37,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ÜDM istehsal edilib.