2 uşaq anası borca görə özünü öldürüb


Dünya 17 İyl 2019 12:09:00 232 0

2 uşaq anası borca görə özünü öldürüb

Borclarını ödəyə bilməyən qadın intihar edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, kirayə pulunu və borclarını verə bilməyən 38 yaşlı qadın canına qəsd edib.

Birləşmiş Krallıqda, Kinqston-Apon-Hall-da iki uşaq anası maddi problemlərə görə özünü öldürüb. Emma Feeney adlı qadının cansız bədənini yaşadığı mənzildən yaxın qonşusu tapıb.

Onun yaxınlarının ifadəsinə görə, Emma özünə qəsd etməzdən əvvəl valideynlərinə pul tapa bilmədiyinə görə stress keçirdiyini söyləyib.


Xəbərə aid fotolar