AZAL-ın təyyarəsi quşla toqquşub


Digərləri 17 İyl 2019 11:50:00 226 0

AZAL-ın təyyarəsi quşla toqquşub

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

Bakı. Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub. Trend bu barədə “Azərbaycan Hava Yolları”na istinadən xəbər verir. Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.