Şəmkirdə yol qəzasında ölən və xəsarət alanların adları məlum oldu


Digərləri 17 İyl 2019 11:44:00 249 0

Şəmkirdə yol qəzasında ölən və xəsarət alanların adları məlum oldu

Şəmkir rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Çaparlı kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1998-ci il təvəlüdlü Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.