De Liqt Turindədir!


İdman 17 İyl 2019 10:47:00 247 0

De Liqt Turindədir!

Ajax klubunun müdafiəçisi Mateys de Liqt Turinə gəlib.

Goal.az xəbər verir ki, bu barədə Juventus-un rəsmi "Twitter" səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

Daha əvvəl Juventus-un de Liqtin transferini 75 milyon avroya razılaşdırdığı xəbər verilib. Belə olacağı təqdirdə o, İtaliya A Seriyasının ilinə 12 milyon avro qazanan ən yüksəködənişli müdafiəçisi olacaq.